Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Portuqaliya yığması ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı ilk oyun Bakıda baş tutacaq.
Belə ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız rəqibini Mərdəkandakı “Dalğa Arena”da sınağa çəkəcək.
Qarşılaşmanı Almaniya və Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Fabyenn Mişel olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.
Avropa çempionatının seçmə mərhələsi
Pley-off mərhələsinin ilk oyunu
25 oktyabr
16:00. Azərbaycan – Portuqaliya
Hakimlər: Fabyenn Mişel, Melissa Cus (Almaniya), Amina Sara Quçi (Avstraliya), Karolin Uoker (Almaniya).
Mərdəkan. “Dalğa Arena”.