Azərbaycan millisi Portuqaliyaya böyük hesabla uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Portuqaliya yığması ilə qarşılaşan Azərbaycan millisi 2:7 hesabı ilə məğlub olub.

Azərbaycan yığmasının heyətində Amid Nəzərov və Sabir Allahquliyev fərqlənib.

Millimiz növbəti oyununu bu gün Ukraynaya qarşı keçirəcək.