Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Füzuli Məmmədovun çalışdırdığı yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunun 2-ci meydançasında baş tutan oyun gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda eyni rəqiblə daha bir yoxlama oyunu keçirəcək.
8 iyun
Azərbaycan – Gürcüstan 0:2
Hakimlər: Emin Əliyev, Asif Abdullayev, Anar Bədəlov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 2-ci meydança. Saat 18:00.
11 iyun
Azərbaycan – Gürcüstan
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu, 2-ci meydança. Saat 18:00.
Sonda onu da vurğulayaq ki, U-17 yığmamızın baş məşqçi Füzuli Məmmədov hazırlıq prosesinə bu 23 futbolçunu dəvət edib:
Ayxan Abbaszadə – Turan Tovuz
Həbib Hüşənov – Qəbələ
Ayxan Əlizadə – Sabah
Məsud Əlişanlı – İSM Academy (İtaliya)
Əhməd Tarverdiyev – Sabah
Məhəmməd İmaməliyev – Neftçi
Vüsal Paşayev – Sumqayıt
Nadir Orucov – Sumqayıt
Rəşad Alışov – Sabah
Tuncay Əhmədov – Sabah
Əkbər Məhərrəmov – Sabah
Ömər Kərimov – Qəbələ
Əmir Əliyev – Sabah
Babamirzə Mehdiyev – Sabah
Anar Hüseynov – Sabah
Ziya Şəkərxanov – Qəbələ
Sadiq Məmmədli – Neftçi
Nihad Orucəli – Sumqayıt
Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
Hikmət Cəbrayılzadə – Qarabağ
Amid Qasımov – Qarabağ
Həbib Qədimov – Qarabağ
Ümid Səlimov – Şamaxı