Azərbaycan millisi “Qarabağ” üzərində inamlı qələbəyə sevindi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, baş məşqçi Füzuli Məmmədov yetirmələrini “Qarabağ”ın U-19 komandası ilə görüşdə sınaqdan keçirib.

Azərbaycan millisi bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. Əhməd Tarverdiyevin dubl etdiyi oyunda milli komandamızın digər qolunu Elnur Cabbarov vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: