Azərbaycan millisi qırğızları bu arenada qəbul edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, artıq bu oyunun keçiriləcəyi məkan və vaxt da müəyyələşib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşma iyunun 20-də “Dalğa Arena”da keçiriləcək. Oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə də yoxlama oyununda üz-üzə gələcək.