Azərbaycan millisi Riqada Latviya yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi 2025-ci ilin yayında Latviya yığma komandası ilə yoxlama görüşü keçirəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, millimizin yoxlama görüşü keçirməsi üçün daha bir rəqib tapılıb. Komandamız Latviya yığması ilə qarşılaşacaq. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, AFFA son aylarda millimiz üçün daha iki rəqib tapıldığını açıqlamışdı. Belə ki, Azərbaycan millisi martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.