17 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-17) UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv ikinci oyununda Rimıniya yığması ilə qarşılaşıb.
Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş turnirin ikinci oyunu da millimiz üçün uğursuz alınıb. Belə ki, komandamız meydanı 0:4 hesablı məğlubiyyətlə tərk edib.
Xatırladaq ki, yığmamız UEFA İnkişaf turnirindəki ilk oyununda Ukrayna seçməsinə də 0:4 hesabıyla uduzmuşdu.
Azərbaycan millisi turnirdə növbəti oyununu aprelin 28-də Yunanıstan komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.


