Azərbaycan millisi Rusiya yığmasına Soçidə uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Rusiya yığma komandası ilə yoxlama oyununda üz-üzə gəlib.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı yığmamız bu rəqibi ilə Soçi şəhərində üz-üzə gəlib.

FİŞT Olimpiya stadionunda keçirilən oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, Soçidə təlim-məşq toplanışında olan Azərbaycan millisi Rusiya yığması ilə daha bir yoxlama oyunu keçirəcək. Növbəti oyun dekabrın 2-də baş tutacaq.

Yoxlama oyunu
28 noyabr

Rusiya – Azərbaycan 1:0
Qol: Marina Fedorova, 6.
Baş hakim: Nodira Mirzoyeva (Tacikistan).

Rusiya: 12. Natalya Silina, 5. Kseniya Cinikaşvili, 10. Nadejda Smirnova (k), 11. Kristina Komissarova, 13. Medeya Jarkova, 15. Natalya Morozova, 17. Marina Fedorova, 18. Alina Lixota, 20. Kira Petuxova, 22. Valeriya Xoxlova, 25. Yuliya Pleşkova.
Ehtiyat oyunçular: 1. Violetta İsaykina, 21. Yuliya Qriçenko, 2. Valentina Smirnova, 3. Snejana Yastrebinskaya, 4. Yelizaveta Semenova, 7. Qlafira Jukova, 8. Kristina Petkus, 9. Natalya Maşina, 14. Tatyana Petrova, 16. Azaliya Zalmiyeva, 19. Yana Svistunova, 23. Dayana Kişmaxova.
Baş məşqçi: Yuri Krasnojan.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 11. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 6. Fidan Cəfərova.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 8. Firəngiz Teymurova, 13. Ayşən Salamzadə, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 16. Sevinc Fəttazadə, 17. Vüsalə Hacıyeva, 19. Milana Rəhimova, 20. Aysun Muradova, 21. Aysun Əliyeva, 23. Fatimeyi Zəhra Hüseynli.
Baş məşqçi: Siyasət Əsgərov.