Rusiyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşıb.
Qarşılaşma “Soçi” klubunun məşq bazasında keçirilib. İlk oyunda olduğu kimi, bu dəfə də görüşün taleyini 1 qol həll edib. Yeganə qolu 29-cu dəfə Yana Svistunova vurub.
Qeyd edək ki, bu komandalar arasında noyabrın 28-də keçirilmiş ilk yoxlama görüşündə də Rusiya yığması 1:0 hesabı ilə qalib gəlmişdi.
Yoxlama oyunu
2 dekabr
Rusiya – Azərbaycan 1:0
Qol: Yana Svistunova, 29.
Baş hakim: Nodira Mirzoyeva (Tacikistan).
“Soçi” klubunun məşq bazası.