Azərbaycan millisi Rusiyaya da məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya yığması ilə qarşılaşıb.

Bu qarşılaşma da millimiz üçün uğursuz alınıb. Komandamız ilk iki oyunda olduğu kimi, bu görüşdə də bütün setləri məğlub başa vurub.

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk iki oyununda həm Belçikaya, həm də Bosniya və Herseqovinaya 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığmamız sonuncu – 6-cı pillədə qərarlaşıb.

Komandamız növbəti matçını avqustun 24-də Serbiyaya qarşı keçirəcək. Bu görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk.

Avropa çempionatı
A qrupu
22 avqust

Azərbaycan – Rusiya 0:3 (16:25, 17:25, 13:25)