Azərbaycan millisi seçmə mərhələni 1 xalla başa vurdu

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi bu gün AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ikinci və sonuncu oyununa çıxıb. Arena.az xəbər verir ki, komandamız Albaniya yığması ilə qarşılaşıb.

Azərbaycan millisi daha əvvəl Monteneqroya 1:6 hesabıyla uduzmuşdu. Qrup oyunlarına ev sahibliyi edən Albaniya isə monteneqrolulara 1:8 hesabıyla məğlub olmuşdu.

Bu komandaların öz aralarındakı oyunda isə qapılara 6 qol vurulub. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər. Beləcə, Monteneqro qrup lideri olubsa, yığmamız ikinci yeri tutub.

AÇ-2022-nin seçmə mərhələsi
30 sentyabr

Azərbaycan – Albaniya 3:3
Qol: Şəkər Piriyeva, 29; 40. Sümeyra Kəsməz, 45+2 – Klaudiya Borsi, 7. Juarda Alijay, 21. Jehona Coka, 86.
Baş hakim: Marina Krupskaya (Rusiya).

Azərbaycan: 12. Məryəm İsayeva, 2. Müjgan Seyidova, 3. Aydan Həsənova, 4. Lalə Abbaszadə, 5. Fatimeyi-Zəhra Hüseynli (k), 6. Aytac Mirzəyeva, 7. Şəkər Piriyeva, 8. Şeyma Nur Gençay (9. Günay Azayeva, 75), 11. Lamiyə Adimova, 13. Sümeyra Kəsməz, 15. Gülbahar Yıldız (17. İntizar Haqverdiyeva, 68).
Ehtiyat oyunçular: 1. Rabiyə Mustafazadə, 10. Əsmayə Hacıyeva, 14. Röya Əliyeva, 16. Səma Həsənli, 18. Fatimə Məhərrəmli, 19. Mələk Hacıyeva, 20. Nisanur Sağlam.
Baş məşqçi: Zamir Həsənov.

Albaniya: 1. Kleyda Sinay, 2. Rigersa Tori, 3. Emi Bilinişta, 4. Rexina Maxhalaku (k) (13. Erisa Dida, 46), 5. Donatela Marku (6. Jehona Coka, 56), 7. Graciela Danay, 8. Arlinda Kodra, 9. Klaudia Borsi, 10. Era Methoxha, 11. Juarda Alijay, 14. Kesiana Kallbaqi (17. Estrela Habili, 32).
Ehtiyat oyunçular: 12. Lusila Kaloşi, 15. Floresita Boqdani, 16. Xheşyana Dişa, 18. Anversa Muka, 19. Klementina Minqo, 20. Laura Bari.
Baş məşqçi: Agustin Kola.

Xal durumu: Monteneqro – 6, Azərbaycan – 1, Albaniya – 1.