Azərbaycan millisi Serbiyaya səfərdə də uduzdu

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv səfərdə Serbiya ilə qarşılaşıb. “Rayko Mitiç” stadionunda keçirilən matçı məhsuldar alınıb. Hesabı meydan sahibləri açsa da, komandamız fasiləyə qədər tarazlığı bərpa edə bilib. Amma serblər ikinci hissədə daha iki qol vurmaqla qələbəyə sevinən tərəf olub.

Azərbaycan millisi seçmə mərhələdə yer aldığı A qrupunda 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla liderdir.

Bu gün qrupun digər matçında Portuqaliya yığması evdə Lüksemburq ilə münasibətlərinə aydınlıq gətirib. Kristiano Ronaldonun het-trikə imza atdığı bu görüşdə meydan sahibləri 5:0 hesablı darmadağına seviniblər.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, 8-ci tur
12 oktyabr

Serbiya – Azərbaycan 3:1
Qol: D.Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.
Baş hakim: Erik Lambrekts (Belçika)
Belqrad. “Rayko Mitiç” stadionu.

Serbiya: 12. Predraq Raykoviç, 4. Miloş Velkoviç, 5. Matiya Nastasiç (k), 11. Luka Yoviç, 13. Stefan Mitroviç, 16. Saşa Lukiç, 17. Filip Kostiç, 18. Duşan Vlahoviç, 20. Sergey Milinkoviç-Saviç, 21. Marko Qruyiç, 22. Darko Lazoviç.
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Mile Svilar, 2. Uroş Raçiç, 3. Filip Mladenoviç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andrey Jivkoviç, 15. Uroş Spayiç, 19. Mihaylo Ristiç.
Baş məşqçi: Draqan Stoykoviç.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Araz Abdullayev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 20. Mert Çelik, 22. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Canni De Byazi.

Xal durumu: Serbiya – 17, Portuqaliya – 16, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1