Azərbaycan millisi Şimali Makedoniyaya ikinci matçda uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Şimali Makedoniyanın eyni qrupundan olan komandası ilə yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, sözügedən komandalar yenə Mərdəkandakı “Dalğa Arena”da üz-üzə gəliblər.

Bu komandalar arasında martın 24-də keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi – 0:0. Bu gün baş tutan oyunda isə qapılara üç qol vurulub. Azərbaycanlı hakimlərin idarə etdiyi görüşdə hesabı Azərbaycan millisi açıb. Aqil Nəbiyevin çalışdırdığı yığmamızın heyətində 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib. Amma 77-ci dəqiqədə Marko Stoyilevski, 85-ci dəqiqədə də Hayika Canovski millimizin qapısına yol tapmaqla qonaqların əzmkar qələbəsini təmin ediblər.

Yoxlama oyunu
27 mart

Azərbaycan – Şimali Makedoniya 1:2
Qollar: Sənan Ağalarov, 49 – Marko Stoyilevski, 77. Hayika Canovski, 85.
Hakimlər: Əli Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, İslam Məmmədov
Bakı. “Dalğa Arena”. Saat 18:00.

Azərbaycan: 1. Sadiq Məmmədzadə, 4. Raul Hacıyev, 5. Musa Məmmədov, 2. Eşqin Əhmədov, 3. Tuncay Cəfərli, 8. Şahin Şahniyarov (k), 6. Fəxri Məmmədli, 11. Edqar Ədilxanov, 7. Murad Məmmədov, 10. Nahid Əliyev, 9. Sənan Ağalarov.
Ehtiyat oyunçular: 12. Xəyal Fərzullayev, 22. Osman Hüseynov, 13. Hüseyn Hüseynov, 20. Aslan Şirinov, 16. Əkbər Eyyubov, 23. Samir Ağayev, 17. Murad Ələkbərov, 14. Nihad Cabbarov, 24. Elton Mikayılov, 18. Nihad Əhmədzadə, 19. Nihat Mehrəliyev, 25. Sadiq Şəfiyev.
Baş məşqçi: Aqil Nəbiyev.

Şimali Makedoniya: 12. Lyupçe Dyekov, 2. Davor Serafimov, 5. Marko Stoyilevski (k), 6. Georgi Dyekov, 8. Adrian Zendelovski, 18. Teodor Nikolovski, 16. Lorik Muhtari, 11. Fikret Livareka, 20. Nikola Veliçkovski, 4. Abiola Bamiyoko, 17. Dino Miholov.
Ehtiyat oyunçular: 1. Petar Yakimov, 14. Andrey Arizankoski, 13. Valon Aliyi, 10. Martin Georgiyevski, 3. Hadis Tairi, 9. Zani Nazifi, 19. Hayika Canovski, 7. Məhəmməd Elmas.
Baş məşqçi: Toni Yakimovski.

Xəbəri sosial şəbəkələrdə paylaş: