21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv bu gün Antalyada Sloveniyanın U-21 yığması ilə üz-üzə gəlib.
Qarşılaşma milli komandamızın inamlı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Samir Abdullayevlə Murad Vəliyev fərqləniblər.
Xatırladaq ki, Azərbaycan millisi Türkiyədəki ilk yoxlama oyununda Albaniya yığması ilə qarşılaşmışdı. Martın 23-də baş tutan həmin görüş millimizin məğlubiyyəti ilə başa çatmışdı – 1:2.
Yoxlama oyunu
26 mart
Azərbaycan – Sloveniya 2:0
Qollar: Samir Abdullayev, 27. Murad Vəliyev, 90.