Azərbaycan millisi Sloveniyaya da 4 cavabsız qolla uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci turunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz ikinci oyununda Sloveniya yığması ilə qarşılaşıb.

Komandamız bu görüşdə 0:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Nərgiz Qurbanovanın rəhbərlik etdiyi kollektiv ilk turda da qrup oyunlarına ev sahibliyi edən Bolqarıstana 1:6 hesabıyla uduzmuşdu.

Azərbaycan millisi turnirdə növbəti və sonuncu oyununu 3 gün sonra – martın 20-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 2-ci qrup
17 mart

Sloveniya – Azərbaycan 4:0
Hakimlər: Steysi Pirson (İngiltərə), Anastasiya Voloşçuk (İngiltərə), Liliya Dumbalakova (Bolqarıstan).
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan).

Sloveniya: 12. Zana Qaljot, 6. Neza Trost, 3. Omejec Zidan (17. Lia Jasenç, 46), 4. Ajda Zayç, 5. Sara Mediç, 19. Jerca Plevel (15. Anjelika Rukav, 58), 8. Barbara Pseniçnik (2. Lana Cakşiç, 72), 11. Zala Omerza (18. Neza Zaqar, 72), 9. Spela Gerbeç (20. Monika Qloboçnik, 58), 10. Ula Osolnik, 7. Zoya Srot.
Ehtiyat oyunçular: 1. Teya Truntiç, 22. Lusia Stoşiç, 16. Laura Kure.
Baş məşqçi: Anya Milenkoviç.

Azərbaycan: 1. Nərgiz Ağaliyeva, 2. Məsumə Nəzərli, 14. Aysu Əsədova (5. Aygün Novruzova, 90+1), 4. Arzu Cəfərova, 10. Ülviyyə İslamova, 20. Bədriyyə Mavludova (13. Mədinə Juruqova, 90+5), 7. Pərişan Abdullayeva, 17. Aylin Kərimova, 9. Vahidə Əlipaşayeva, 16. Xanım Əsədova, 11. Ayşən Salamzadə.
Ehtiyat oyunçular: 12. Firuzə Bayramova, 3. Səma Əsədova, 15. Məhsumə Vahabzadə, 8. Tərgül Qəniyeva, 19. Ella Əmirova, 6. Adelina Ağayeva.
Baş məşqçi: Nərgiz Qurbanova.