Azərbaycan millisi təsnifat turnirlərinə Türkiyədə hazırlaşır

Qadın boksçulardan ibarət Azərbaycan millisi fevralın 11-dən etibarən Türkiyədə təlim-məşq toplanışına qatılıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan millisi Olimpiya Təsnifat Turnirlərinə hazırlığı Trabzonda davam etdirir.

Fevralın 11-də başlayan toplanış bu ayın 25-də başa çatacaq. Hazırlıqda məşqçilər İlkin Ağayevlə Viktoriya Rudenkonun rəhbərliyi altında Anaxanım İsmayılova, Marjona Savriyeva (hər ikisi 50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) iştirak edirlər.

Boksçularımız Türkiyə, Mərakeş, Niderland, Qazaxıstan və Polşa yığmaları ilə birgə hazırlıq keçirlər. Toplanış çərçivəsində sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.