Azərbaycan millisi Tiflisdən iki məğlubiyyətlə dönür

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, millimiz yenə gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.

Paytaxt Tiflisdə baş tutan qarşılaşma bu dəfə də Gürcüstanın 2:1 hesablı qələbəsiylə başa çatıb. Azərbaycan yığmasının yeganə qolunu 68-ci dəqiqədə Musa Məmmədov vurub.

Bu komandalar arasında iyunun 5-də keçirilən ilk oyunda da Azərbaycan millisi 1:2 hesabıyla uduzmuşdu.