19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ikinci matçına çıxıb.
Arena.az xəbər verir ki, AÇ-2025-in B Liqasının 4-cü qrupunda yer alan Həbib Ağayevin yetirmələri meydan sahibi Albaniya yığması ilə üz-üzə gəliblər.
Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunmuş qarşılaşmada U-19 millimiz yenə darmadağına üzülüb.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələnin ilk turunda qarşılaşdığı Şimali İrlandiya yığmasına da 0:4 hesabıyla məğlub olmuşdu.
Millimiz qrupda son oyununu fevralın 24-də Monteneqro yığmasına qarşı keçirəcək.
AÇ-2025-in 2-ci seçmə mərhələsi
B Liqası, 4-cü qrup
21 fevral
Albaniya – Azərbaycan 4:0
Baş hakim: Martina Molinaro (İtaliya).
Rroqojine stadionu.
Xallar: Şimali İrlandiya – 3. Albaniya – 3. Monteneqro – 3. Azərbaycan – 0.



