Azərbaycan millisi Tiranaya 22 futbolçu ilə yollandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) mayın 1-dən 7-nə qədər keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Arena.az xəbər verir ki, turnir Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu turnirə hazırlıq məqsədilə aprelin 26-dan Bakıda təlim-məşq toplanışında idi. Baş məşqçi Füzuli Məmmədov bu toplanışa 23 futbolçu dəvət etmişdi. Toplanışın yekununda UEFA İnkişaf turnirində iştirak edəcək yekun heyət müəyyənləşib. Füzuli Məmmədov 23 futbolçudan yalnız birini – “Qarabağ”ın futbolçusu Amid Qasımovu ilkin heyətdən çıxarıb.

Tiranaya aparılan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Həbib Hüşənov – Qəbələ
  3. Firudin Kişiyev – EFA
  4. Əhməd Tarverdiyev – Sabah
  5. Səmid Əhmədov – Qəbələ
  6. Vüsal Paşayev – Sumqayıt
  7. Nadir Orucov – Sumqayıt
  8. Rəşad Alışov – Sabah
  9. Tuncay Əhmədov – Sabah
  10. Əkbər Məhərrəmov – Sabah
  11. Ömər Kərimov – Qəbələ
  12. Elnur Cabbarlı – Sumqayıt
  13. Babamirzə Mehdiyev – Sabah
  14. Anar Hüseynov – Sabah
  15. Ziya Şəkərxanov – Qəbələ
  16. Sadiq Məmmədli – Neftçi
  17. Amin Muradov – Neftçi
  18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  19. Hikmət Cəbrayılzadə – Qarabağ
  20. İslam İsmayılzadə – Səbail
  21. Röyal Fərzullazadə – Neftçi
  22. Ümid Səlimov – Şamaxı

Bu turnirdə Farer adaları, Albaniya və Moldova yığmaları ilə mübarizə aparacaq millimizin oyunlarının təqvimi isə belədir:

Farer adaları – Azərbaycan
2 may. “House of Football” Stadium. Saat 13:00

Albaniya – Azərbaycan
4 may. “House of Football” Stadium. Saat 19:00

Azərbaycan – Moldova
7 may. “House of Football” Stadium. Saat 13:00

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: