Azərbaycan millisi üçün Eqer sınağı

Gənc oğlan və qızlardan ibarət boks üzrə Azərbaycan millisi Macarıstanın Eqer şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

Arena.az xəbər verir ki, iyunun 6-da start götürəcək yarış 4 gün davam edəcək.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev bu turnir üçün 8 boksçu seçib. O, Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Məhəmmədəli Aşurəliyev, Tamerlan Əlimzanov ( hər ikisi 57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (63,5) və Fərhad Şeydayevə (75 kq) şans verəcək.

Qız boksçuların yarışında isə məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında 3 idmançımız qüvvəsini sınayacaq. Bunlar Banuçiçək Nəsirli (46 kq), İnci Məcidli (50) və Özləm Həsənovadır (63 kq).

Bu gün səfərə yollanan boks üzrə Azərbaycan millisi iyunun 10-da Bakıya qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: