Azərbaycan millisi Xorvatiyaya da uduzdu, qrup sonuncusu oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, B Liqasında mübarizə aparan yığmamız üçüncü tur çərçivəsində bu gün Xorvatiya millisi ilə qarşılaşıb.

Oyun Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda baş tutub. Meydan sahibləri bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar.

Beləcə, Zamir Həsənovun yetirmələri ardıcıl üçüncü oyunda da uduzublar və xal qazanmadan qrup sonuncusu olublar.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçında da Monteneqroya 1:2 hesabıyla uduzmuşdu. Kiprlə oyunda isə komandamız 0:4 hesablı darmadağına üzülmüşdü.

AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 1-ci qrup
10 oktyabr

Azərbaycan – Xorvatiya 0:1
Qol: Petra Mikulica, 45+1.
Baş hakim: Viktoriya Beyer (Fransa).
Baş hakimin köməkçiləri: Klementine Dubreil (Fransa), Diana Snoeren (Niderland).
Dördüncü hakim: Mariska Overtoom (Niderland).
Pula. “Aldo Drosina” stadionu.

Azərbaycan: 1. Aytac Feyzullayeva, 2. Tuğba Nur Bozkurt, 3. Milana Rəhimova (k), 4. Fidan Cəfərova, 5. Fatiməyi Zəhra Huseynli (13. Nurçin Tarverdizadə, 80), 7. Buse Nur Kocabey, 9. Eda Nur Mutlu, 10. Nahidə Məmmədova (16. Züleyxa Zamanlı, 80), 17. İntizar Haqverdiyeva (11. Müjgan Seyidova, 87), 18. Aytac Mirzəyeva, 19. Fatimə Əhmədli (6. Samirə Aşırova, 90+4).
Ehtiyat oyunçular: 12. Rabiyə Mustafayeva, 8. Şeyma Nur Gencay, 14. Gülbahar Yıldız, 15. Lalə Həsənova.
Baş məşqçi: Zamir Həsənov.
Xorvatiya: 12. Qabriela Kutura (23. Karlotta Sesyak, 62), 3. Anamari Boşnyak, 4. Nikolina Kolçeg, 6. Tea Şaban, 10. Petra Mikulica, 11. Lana Novak (18. Antonela Blajevic, 61), 14. Nada Barunovic (k), 16. İvana Djalto (2. Anya Prskalo, 46), 15. Valentina Dubravika, 17. Lorena Lyubica Bulum (9. Andrea İljkiç, 62), 19. Klara Barişic (8. Tea Krznaric, 74).
Ehtiyat oyunçular: 1. Savannah Sabo, 5. Sara İvandiç, 7. Barbara Jivkoviç.
Baş məşqçi: Bojidar Miletic.

Xal: Xorvatiya – 9. Monteneqro – 6. Kipr – 3. Azərbaycan – 0.