Azərbaycan millisi yeni mövsümə Monteneqro heç-heçəsi ilə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, yığmamız yeni mövsümdəki ilk sınağına doğma meydanda çıxıb.

Siyasət Əsgərovun rəhbərlik etdiyi yığmamız C Liqasının 4-cü qrupundakı rəqiblərindən Monteneqro seçməsi ilə üz-üzə gəlib. “Dalğa Arena”da təşkil olunmuş görüşdə hesab açılmayıb.

Qeyd edək ki, Azərbaycan millisi bu qrupda Litva yığması ilə də mübarizə aparacaq.

UEFA Millətlər Liqası
C Liqası, 4-cü qrup
21 fevral

Azərbaycan – Monteneqro 0:0
Baş hakim: Tatyana Sorokopudova (Qazaxıstan).
Mərdəkan. “Dalğa Arena”.

Azərbaycan: 22. Nərgiz Əliyeva, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 6. Esra Manya, 18. Alina Dorofeyeva, 7. Manə Mollayeva, 10. Kristina Bakarandze, 16. Nazlıcan Parlak, 20. Fidan Cəfərova, 9. Sevinc Cəfərzadə, 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 1. Firuzə Bayramova, 12. Günay İsmayılova, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova, 8. Firəngiz Teymurova, 11. Vüsalə Seyfəddinova, 13. Alina Nəhmədova, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 17. Aysun Muradova, 19. Milana Rəhimova, 21. Ayşən Salamzadə.
Baş məşqçi: Siyasət Əsgərov.

Monteneqro: 12. Anastasiya Krstoviç, 2. Tatyana Curkoviç, 3. Aleksandra Popoviç, 6. Helena Bojiç, 7. Slacana Bulatoviç (k), 8. Yasna Cokoviç, 10. Yelena Karliçiç, 17. Dariya Cukiç, 19. Naca Stanoviç, 9. Medina Deşiç, 11. Armisa Kuç.
Ehtiyat oyunçular: 1. Ayşa Kalaç, 13. Mariya Vukoviç, 4. Yelena Petroviç, 5. Tanya Malesiya, 14. Yovana Sariç, 15. İvana Boriçiç, 16. Ancela Toşkoviç, 18. Sara Simonoviç, 20. Naca Curcevaç, 21. Andreya Yanyuşeviç, 22. Maşa Tomaşeviç, 23. Yelena Vuyadinoviç.
Baş məşqçi: Mirko Mariç.

Xallar: Azərbaycan – 1. Monteneqro – 1. Litva – 0.