Şose velosipedi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təyinat Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyevin əmri ilə gerçəkləşib. Bundan sonra Azərbaycan millisinə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.
Daha əvvəl “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.
Millimizin yeni baş məşqçisi göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirib. O, qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.


