Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, bundan sonra sözüh qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.

Elbrus Rzayev buna qədər qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirib. Gənc mütəxəssis bu gündən işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə gənc oğlan boksçularımız bugünlərdə təlim-məşq toplanışına başlayacaq.