Çimərlik futbolu üzrə Azərbaycan millisinin Polşada keçiriləcək üçüncü Avropa Oyunlarındakı rəqibləri məlum olub. Arena.az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunacaq çimərlik futbolu yarışlarında Azərbaycan millisi ilə yanaşı, daha 7 ölkənin yığması mübarizə aparacaq.
Bunlar İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmalarıdır.
Azərbaycan millisinin bu ölkələrdən hansılara qarşı mübarizə aparacağı isə hələ dəqiqləşməyib.
Qadın çimərlik futbolu üzrə yığmaların yarışında isə cəmi 6 ölkə mübarizə aparacaq: Çexiya, İspaniya, İtaliya, Polşa, Portuqaliya və Ukrayna.
Xatırladaq ki, üçüncü Avropa Oyunlarında çimərlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək.


