Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil Yunanıstanın PAOK klubundakı vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, PAOK klubu azarkeşlərin təzyiqinə görə 41 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından öncə xitam verib.
Buna Güneyligilin “İnstagram” hesabında Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi səbəb olub.
Xatırladaq ki, PAOK iyunun 10-da türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı. Amma fanatların belə təzyiqi nəticəsində klub ona qarşı hörmətsizlik nümayiş etdirərək müqaviləni birtərəfli qaydada ləğv edib.
Ataman Güneyligil mayın 16-da Azərbaycan millisinin baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub. O, 15 avqust – 3 sentyabr aralığında Belçika, İtaliya, Estoniya və İtaliyada gerçəkləşəcək Avropa çempionatında yığmamızın sükanı arxasında olacaq. Azərbaycan Voleybol Federasiyası türkiyəli mütəxəssislə üç aylıq müqavilə imzalayıb.


