Azərbaycan millisinin Estoniya və İsveçlə oyunlara heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin Estoniya və İsveç yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, millimizi qarşıda UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmaları ilə rəsmi oyunlar gözləyir. Millimizin baş məşqçisi Fernando Santos bu gün AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq millimizin heyətinə 24 futbolçu dəvət edib.

Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernando Santos futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C Liqasının 1-ci qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.

Portuqaliyalı mütəxəssis Azərbaycan millisinin qarşıdakı toplanışına bu oyunçuları dəvət edib:

  1. Nicat Mehbalıyev – Sabah
  2. Rza Cəfərov – Neftçi
  3. Aydın Bayramov – Zirə
  4. Abbas Hüseynov – Qarabağ
  5. Amin Seydiyev – Sabah
  6. Rahil Məmmədov – Radomyak (Polşa)
  7. Bəhlul Mustafazadə – Qarabağ
  8. Zamiq Əliyev – Eqnatiya (Albaniya)
  9. Bədavi Hüseynov – Qarabağ
  10. Anton Krivotsyuk – Daejeon Hana Siti (Cənubi Koreya)
  11. Elvin Cəfərquliyev – Qarabağ
  12. Coşqun Diniyev – Bandırmaspor (Türkiyə)
  13. Aleksey İsayev – Qarabağ
  14. Xəyal Nəcəfov – Turan Tovuz
  15. Ceyhun Nuriyev – Zirə
  16. Mustafa Əhmədzadə – Araz-Naxçıvan
  17. Səbuhi Abdullazadə – Sumqayıt
  18. Emin Mahmudov – Neftçi
  19. Toral Bayramov – Qarabağ
  20. Ozan Can Kökçü – HJK (Finlandiya)
  21. Rüstəm Əhmədzadə – Zirə
  22. Ramil Şeydayev – Neftçi
  23. Mahir Emreli – Nürnberq (Almaniya)
  24. Nəriman Axundzadə – Qarabağ
Xəbəri sosial şəbəkələrdə paylaş: