Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişmədi

Futbol üzrə Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişməz qalıb. Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün ilin son reytinq siyahısını açıqlayıb.

Komandamız 2021-ci ilin son cədvəlində 120-ci pillədə qərarlaşıb. Canni De Byazinin çalışdırdığı yığmamızın hesabında 1139.02 reytinq xalı var.

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərinə gəlincə, Slovakiya 1455.36 xalla 42-ci, Belarus 1233.43 xalla 94-cüdür. Potensial rəqiblərimiz olan Qazaxıstan 1140.71 xalla 119-cu, Moldova isə 928.35 xalla 181-ci pillədə qərarlaşıb.

Reytinqin ilk 3 pilləsində Belçika (1828.45), Braziliya (1826.35) və Fransa (1786.15) yer alıb. Türkiyə yığması isə 1472.72 xalla 37-ci sıradadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: