17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Gürcüstana qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Arena.az xəbər verir ki, hazırda Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması burada Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Artıq həmin oyunları idarə edəcək hakimlər də məlumdur. AFFA-nın yaydığı məlumata görə, iyunun 8-də keçiriləcək ilk oyunun baş hakimi Emin Əliyev olacaq. Ayın 11-də baş tutacaq sonuncu matçı isə Əli Əliyev idarə edəcək.
8 iyun
Azərbaycan – Gürcüstan
Hakimlər: Emin Əliyev, Asif Abdullayev, Anar Bədəlov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 2-ci meydança. Saat 18:00.
11 iyun
Azərbaycan – Gürcüstan
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu, 2-ci meydança. Saat 18:00.