Azərbaycan millisinin heyəti açıqlandı – De Byazi 26 futbolçu çağırdı

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Canni de Byazi sentyabr ayında keçiriləcək oyunlar üçün 26 futbolçuya dəvət göndərib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 8 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Xatırladaq ki, yığmamız UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Slovakiya, 25-də isə Qazaxıstanla qarşılaşacaq. İlk oyun Trnavada, turnirdəki son görüş Bakıda baş tutacaq.

Azərbaycan millisinin heyətinə dəvət almış futbolçuların siyahısı belədir:

Qapıçılar

  1. Şahrudin Məhəmmədəliyev – Qarabağ
  2. Emil Balayev – Səbail
  3. Səlahət Ağayev – Qəbələ

Müdafiəçilər

  1. Bədavi Hüseynov – Qarabağ
  2. Bəhlul Mustafazadə – Qarabağ
  3. Elvin Cəfərquliyev – Qarabağ
  4. Toral Bayramov – Qarabağ
  5. Abbas Hüseynov – Qarabağ
  6. Cəlal Hüseynov – Şamaxı
  7. Amin Seydiyev – Sabah
  8. Höccət Haqverdi – Traktor (İran)
  9. Anton Krivotsyuk – Visla (Plotsk, Polşa)
  10. Qismət Alıyev – Zirə

Yarımmüdafiəçilər

  1. Riçard Almeyda – Qarabağ
  2. Elvin Camalov – Sabah
  3. Aleksey İsayev – Sabah
  4. Eddi İsrafilov – Neftçi
  5. Ozan Can Kökçü – Eyndhoven (Niderland)
  6. Emin Mahmudov – Neftçi
  7. Anatoli Nuriyev – Sabah
  8. Filip Ozobiç – Qarabağ

Hücumçular

  1. Rüstəm Əhmədzadə – Zirə
  2. Renat Dadaşov – Qrasshopper (İsveçrə)
  3. Mahir Emreli – Dinamo (Zaqreb, Xorvatiya)
  4. Musa Qurbanlı – Qarabağ
  5. Ramil Şeydayev – Qarabağ