Azərbaycan millisinin heyəti açıqlandı – De Byazi 26 futbolçu seçdi

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Serbiya ilə oyunlar üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, baş məşqçi Canni De Byazi milliyə 26 futbolçu dəvət edib.

İtalyan mütəxəssis uzun müddətdən sonra üç futbolçunu yığmaya qaytarıb. Bunlar Kiprin “Etnikos” klubunda çıxış edən Araz Abdullayev, Portuqaliya “Tondela”sından Renat Dadaşov və “Sabah”dan Bəxtiyar Həsənalızadədir.

Həsənalızadə son olaraq 2018, Abdullayev və Dadaşov isə 2020-ci ildə yığmanın formasını geyinib.

Azərbaycan millisinin İrlandiya ilə oyunu oktyabrın 9-da Bakıda keçiriləcək. Yığmamız oktyabrın 12-də isə Belqradda Serbiyanın qonağı olacaq.

Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Emil Balayev, Şahrudin Məhəmmədəliyev (hər ikisi “Qarabağ”);

Müdafiəçilər: Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Höccət Haqqverdi (hər ikisi “Sumqayıt”), Azər Salahlı (“Keşlə”), Mert Çelik (“Neftçi”), Bəxtiyar Həsənalızadə (“Sabah”), Anton Krivotsyuk (“Visla”, Plotsk, Polşa);

Yarımmüdafiəçilər: Toral Bayramov, Qara Qarayev, Filip Ozobiç (hamısı “Qarabağ”), Vüqar Mustafayev, Rəhim Sadıxov, Murad Xaçayev (hamısı “Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Rövlan Muradov (“Qəbələ”), Anatoli Nuriyev (“Kolos”, Ukrayna);

Hücumçular: Ramil Şeydayev (“Qarabağ”), Namiq Ələsgərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov (“Tondela”, Portuqaliya), Mahir Emreli (“Legiya”, Polşa), Araz Abdullayev (“Etnikos”, Kipr).