Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi ilk iki oyun üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də “Dalğa Arena”da Kipr, 26-də isə səfərdə Monteneqro yığması ilə qarşılaşacaq.
Millimiz qeyd olunan oyunlara hazırlıq məqsədilə sentybrın 18-dən təlim-məşq toplanışına başlayacaq.
Heyətə cəlb olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Şərifova Aytac – Trabzonspor (Türkiyə)
2. Əliyeva Nərgiz – KDZ Eregli Spor (Türkiyə)
3. Güleryüz – Göknur – Fənərbaxça (Türkiyə)
4. Mirzəliyeva Nigar – Zenit (Rusiya)
5. Məmmədova Kamilla – Doğuş Gold Asya Spor (Türkiyə)
6. Hacıyeva Nərgiz – Trabzonspor (Türkiyə)
7. Mollayeva Manə – Neftçi
8. Əhmədova Ayşən – PAOK (Yunanıstan)
9. Bakarandze Kristina – Qalatasaray (Türkiyə)
10. Məmmədova Diana – Yenisey (Rusiya)
11. Rəhimova Sona – Amedspor (Türkiyə)
12. Əliyeva Coşqunə – Neftçi
13. Hacıyeva Vüsalə – Amedspor (Türkiyə)
14. Seyfəddinova Vüsalə – Fomget (Türkiyə)
15. Teymurova Firəngiz – Neftçi
16. Acar Yeliz – Fatih Vətən (Türkiyə)
17. Bozdağ Peritan – Fatih Vətən (Türkiyə)
18. Dorofeyeva Alina – Yenisey (Rusiya)
19. Cəfərzadə Sevinc – Krasnodar (Rusiya)
20. Parlak Nazlıcan – Qalatasaray (Türkiyə)
21. Məhsimova Jalə – Amedspor (Türkiyə)
22. Rəhimova Milana – Neftçi
23. Əliyeva Aysun – Neftçi


