Futbol üzrə Azərbaycan millisinin Latviya və Macarıstan yığmalarına qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santos iyunda keçiriləcək sınaq matçlarına çağırdığı futbolçuların siyahısını bu gün baş tutmuş mətbuat konfransında açıqlayıb.
Portuqaliyalı mütəxəssis 25 futbolçuya dəvət göndərib. Yığmamız təlim-məşq toplanışına mayın 27-də başlayacaq.
Qeyd edək ki, millimiz iyunun 7-də Riqada “Skonto” stadionunda Latviya yığması ilə üz-üzə gələcək. Azərbaycan millisinin növbəti sınağı isə iyunun 10-da “Dalğa Arena”da Macarıstan yığmasına qarşı olacaq.
- Rza Cəfərov – Neftçi
- Şahrudbin Məhəmmədəliyev – Qarabağ
- Aydın Bayramov – Zirə
- Abbas Hüseynov – Qarabağ
- Mert Çelik – Səbail
- Bəhlul Mustafazadə – Qarabağ
- Bədavi Hüseynov – Qarabağ
- Zamiq Əliyev – Eqnatia (Albaniya)
- Rəhman Daşdəmirov – Sabah
- Elvin Bədəlov – Sumqayıt
- Elvin Cəfərquliyev – Qarabağ
- Cəlal Hüseynov – Şamaxı
- Səbuhi Abdullazadə – Sumqayıt
- Ceyhun Nuriyev – Zirə
- İsmayıl İbrahimli – Zirə
- Rauf Rüstəmli – Şamaxı
- Şahin Şahniyarov – Qəbələ
- Emin Mahmudov – Neftçi
- Anatoli Nuriyev – Sabah
- Toral Bayramov – Qarabağ
- Mahir Emreli – Nürnberq (Almaniya)
- Nəriman Axundzadə – Qarabağ
- Xəyal Əliyev – Sabah
- Renat Dadaşov – Radomyak (Polşa)
- Musa Qurbanlı – Qarabağ



