Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamız ilk matçını sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək. Komandamız sentyabrın 8-də Slovakiyanın qonağı olacaq. Millimiz oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan millisi son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
5 sentyabr
Azərbaycan – İsveç
8 sentyabr
Slovakiya – Azərbaycan
11 oktyabr
Estoniya – Azərbaycan
14 oktyabr
Azərbaycan – Slovakiya
16 noyabr
Azərbaycan – Estoniya
19 noyabr
İsveç – Azərbaycan