Azərbaycan millisinin Moldova və Qırğızıstanla oyunlar üçün heyəti

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandaya 23 futbolçu çağırılıb.

Yığmamız beynəlxalq yoxlama oyunları çərçivəsində Bakıda sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova ilə qarşılaşacaq. Millimiz bu üzdən sentyabrın 19-dan 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Azərbaycan millisinin heyətinə cəlb olunmuş futbolçuların siyahısı belədir:

  1. Eldar Tağızadə – Klermon (Fransa)
  2. Yusif İmanov – Sabah
  3. Rüstəm Samiqullin – Sabah
  4. David Orucov – Neftçi
  5. Xəyyam Hüseynov – Turan Tovuz
  6. Şirxan Həsənzadə – Qarabağ
  7. Abdulla Rzayev – Şamaxı
  8. Mirəli Əhmədov – Şamaxı
  9. Hüseyn Babayev – Neftçi
  10. Rəşad Həsənov – Zirə
  11. Süleyman Damadayev – Qəbələ
  12. Ramin Nəsirli – Neftçi
  13. Veysəl Rzayev – Turan Tovuz
  14. Camal Cəfərov – Sabah
  15. Samir Məhərrəmli – Kəpəz
  16. Elçin Qasımov – Turan Tovuz
  17. Murad Vəliyev – Levadiya (Tallin, Estoniya)
  18. Vüsal Əliyev – Zirə
  19. Fərid Yusifli – Neftçi
  20. Emil Səfərov – Qəbələ
  21. Taleh Fərmanov – Zirə
  22. Tuqay Əlizadə – Araz-Naxçıvan
  23. Mehrac Baxşəli – Qəbələ