Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ikinci mərhələsindəki oyunlarına təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, AÇ-2023-ün ikinci mərhələsi UEFA Millətlər Liqası formatında təşkil olunacaq.
Azərbaycan millisinin yer aldığı B Liqasının 5-ci qrupunun oyunları 6-11 aprel aralığında Slovakiyada təşkil olunacaq. Komandamız meydan sahibi Slovakiya ilə yanaşı, Monteneqro yığması ilə də qarşılaşacaq.
Komandamızın oyunlarının təqvimini və matçları idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 5-ci qrup
Monteneqro – Azərbaycan
Baş hakim: İoanna Allayiotou (Kipr).
Baş hakimin köməkçiləri: Despoina Demosthenus (Kipr), Anna Vieçorek (Polşa).
Dördüncü hakim: Katarjina Lisiçka-Sek (Polşa).
8 aprel. Saat 13:00. Qabçikovo stadionu.
Azərbaycan – Slovakiya
Baş hakim: Marina Jivkoviç (Serbiya).
Baş hakimin köməkçiləri: Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenus (Kipr).
Dördüncü hakim: İoanna Allayiotou (Kipr).
11 aprel. Saat 13:00. Qabçikovo stadionu.
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


