Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Portuqaliya yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Yığmamızı bu ay Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə oyunlar gözləyir. Komandamız bu oyunlara hazırlıq məqsədilə oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq. Millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək. Ayın 29-da isə Bakı vaxtı ilə saat 23:45-də “Vizela” stadionunda cavab görüşü baş tutacaq.
Azərbaycan millisinin qarşıdakı toplanışına 24 futbolçu dəvət olunub. Həmin futbolçuların adlarını sizə təqdim edirik:
- Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
- Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
- Günay İsmayılova – Neftçi
- Aysun Əliyeva – Neftçi
- Nigar Mirzəliyeva – Zenit (Rusiya)
- Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
- Manə Mollayeva – Neftçi
- Fidan Cəfərova – Neftçi
- Yeliz Acar – Fatih Vətən (Türkiyə)
- Kamilla Məmmədova – Okjetpes (Qazaxıstan)
- Vüsalə Seyfəddinova – Neftçi
- Firəngiz Teymurova – Neftçi
- Jalə Məhsimova – Bəylərbəyi Spor (Türkiyə)
- Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
- Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
- Coşqunə Əliyeva – Neftçi
- Sevinc Cəfərzadə – Krasnodar (Rusiya )
- Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
- Ayşən Əhmədova – Krılya Sovetov (Rusiya)
- Alina Dorofeyeva – Yenisey (Rusiya)
- Diana Məmmədova – Yenisey (Rusiya)
- Milana Rəhimova – Ünyespor (Türkiyə)
- Vüsalə Hacıyeva – Ünyespor (Türkiyə)
- Ayşən Salamzadə – Neftçi
Qeyd edək ki, Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 millimiz də Avropa çempionatının seçmə mərhələsinin qrup oyunları çərçivəsində oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.