Azərbaycan millisinin rəqibi 17 futzalçı seçdi

AÇ-2023-ün əsas mərhələsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibi olan Bosniya və Herseqovinanın heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi İvo Krezo 17 futzalçıya dəvət göndərib.

Lakin yekunda onlardan yalnız 12 oyunçu Avropa çempionatının əsas mərhələsinin oyunları üçün sifariş olunacaq. İlkin heyətdə yer alan futzalçılar bunlardır:

Hrvoye Sablyiç (Herseqovina), Mihaylo Raduloviç (Doboy), Kerim Salihoviç (Sarayevo), Tarik Memiç (Mostar), Anel Spreço (Doboj), Alem Kadiç (Salines), Srdan Çatiç (Mostar), Matey Krezo (Selyak), Ahmed Kadiç (Salines), Miloş Todoriç (Salines), Abdul Hamidoviç (Sarayevo), Slaven Ristiç (Doboy), Omar Omeroviç (Sarayevo), Oqnyen Markoviç (Radnik MD Shop), Mario Kolobariç (Herseqovina), Vedad Subaşiç (Mostar), Emin Çupina (Mostar)

Xatırladaq ki, Bosniya və Herseqovina – Azərbaycan oyunu martın 23-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin AÇ-2023-ün əsas mərhələsində yer aldığı 5-ci qrupda Fransa və Yunanıstan yığmaları da var. Bu qrupun oyunları məhz Bosniya və Herseqovinada təşkil olunacaq. Yığmamız da seçmə mərhələ oyunlarına martın 9-dan etibarən Bakıda hazırlaşır. Hazırlıq prosesi ayın 15-nə qədər davam edəcək.

Sonda yığma komandamızın oyunlarının təqvimini bir daha xatırladırıq:

22 mart
Fransa – Azərbaycan
Şiroki Briyeq şəhəri, “Pecara” idman zalı. Saat 20:00.

23 mart
Bosniya və Herseqovina – Azərbaycan
Şiroki Briyeq şəhəri, “Pecara” idman zalı. Saat 23:00.

25 mart
Azərbaycan – Yunanıstan
Şiroki Briyeq şəhəri, “Pecara” idman zalı. Saat 20:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: