Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Artıq millimizin seçmə mərhələdə qarşılaşacağı rəqiblər də məlumdur. Azərbaycan millisi iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.