İyunun 1-dən 20-nə qədər Bakı şəhərində çimərlik futbolu üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı baş tutacaq.
Arena.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 1-də və 3-də Türkiyə yığması ilə iki yoldaşlıq oyunu da keçirəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında keçiriləçək. Oyunlara saat 17:30-da start veriləcək.
Azərbaycan millisinin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov
Sonda onu da xatırladaq ki, Azərbaycanın çimərlik futbol üzrə milli komandası aprelin sonu – mayın əvvəli aralığında da Antalyada təlim-məşq toplanışında olmuşdu. Həmin vaxt Türkiyə və Azərbaycan yığmaları arasında üç yoxlama görüşü baş tutmuşdu. İlk iki oyunda türklər 4:3 və 4:2 hesabıyla qalib gəlmişdilər. Sonuncu matçda isə Azərbaycan futbolçuları 4:2 hesablı qələbəyə sevinmişdilər.