Bu gün futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2024/2025 mövsümündəki rəqibləri müəyyənləşəcək.
Arena.az xəbər verir ki, turnirin püşkatma mərasimi Fransanın paytaxtı Paris şəhərində təşkil olunacaq.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatma mərasimində Azərbaycan yığması C Liqasının 2-ci səbətində yer alacaq. Millimiz həmin liqanın 1-ci, 3-cü və 4-cü səbətindəki komandalardan birinə rəqib olacaq.
Azərbaycan millisinin 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alması gözlənilir. Sadəcə, qaydalara əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməzlər.
Qeyd edək ki, UEFA Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək. Növbəti mövsümün final mərhələsi 2025-ci ilin 4-8 iyununda baş tutacaq.
UEFA Millətlər Liqası
2024/2025 mövsümü
8 fevral
A Liqası
1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
B Liqası
1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
C Liqası
1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya
D Liqası
1-ci səbət: Litva/Cəbəllütariq, Moldova
2-ci səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn


