Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanan növbəti FIFA reytinqində üç pillə irəliləyib. Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan millisi əvvəlki reytinq siyahısı ilə müqayisədə 3 pillə irəliləyərək 121-ci pillədə qərarlaşıb. Komandamızın hesabında hazırda 1143,22 reytinq balı var.
Bu irəliəyişə yığmamızın AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub. Bu, yığmamızın 0,97 bal irəli düşməsi ilə nəticələnib.
Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərində də həm irəliləyənlər, həm də geriləyənlər var:
- Belçika – 1788,55
- İsveç – 1547,11
- Avstriya – 1528,06
- Estoniya – 1179,3
Reytinq siyahısına Argentina yığması başçılıq edir – 1843,73. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olmuş bu komanda ikinci pillədəki Fransa yığmasını cüzi üstələyir. Braziliya seçməsi isə üçüncüdür.
Türkiyə seçməsi növbəti dəfə irəliləyib və hazırda 41-ci sırada qərarlaşıb.
1. Argentina – 1843,73
2. Fransa – 1843,54
3. Braziliya – 1828,27
4. İngiltərə – 1797,39
5. Belçika – 1788,55
6. Xorvatiya – 1742,55
7. Niderland – 1731,23
8. İtaliya – 1726,58
9. Portuqaliya – 1718,25
10. İspaniya – 1703,45
11. ABŞ – 1673,34
12. İsveçrə – 1661,12
13. Mərakeş – 1655,5
14. Meksika – 1639,19
15. Almaniya – 1636,32
16. Uruqvay – 1633,13
17. Kolumbiya – 1624,91
18. Seneqal – 1612,61
19. Danimarka – 1597,37
20. Yaponiya – 1595,96
21. Peru – 1561,2
22. İran – 1556,59
23. İsveç – 1547,11
24. Ukrayna – 1541,25
25. Serbiya – 1539,03
26. Polşa – 1536,99
27. Avstraliya – 1530,45
28. Cənubi Koreya – 1529,3
29. Avstriya – 1528,06
30. Şotlandiya – 1520,24