Azərbaycan – Moldova matçı italiyalı hakimə tapşırıldı

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova yığmasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo kömək edəcək.

Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan – Moldava görüşünə saat 19:00-da start veriləcək.

Azərbaycan millisi iki oyuna topladığı 6 xalla 3-cü qrupun lideridir. Moldova 4 xalla ikinci, Slovakiya 1 xalla üçüncüdür. İlk iki oyunundan məğlub ayrılan Yunanıstan isə sonuncudur.