Azərbaycan – Monqolustan: Start heyətlər açıqlandı

Futbol üzrə Azərbaycan millisi bu gün Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan yığması ilə üz-üzə gələcək.

Arena.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda bu rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda sınağa çəkəcək.

Saat 20:00-da start götürəcək qarşılaşmaya komandaların hansı heyətlə çıxacağı da məlumdur.

İlk dəfə Bakıda təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində baş tutan ilk oyunda isə Bolqarıstanla Tanzaniya yığmaları üz-üzə gəliblər. Mərdəkandakı “Dalğa Arena”da təşkil olunmuş bu oyunda bolqarlar 1:0 hesabıyla qalib gəliblər.

“FIFA series – Edition 2024”
22 mart

20:00. Azərbaycan – Monqolustan
Baş hakim: Zorbay Küçük (Türkiyə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Rza Cəfərov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 10. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 19. Filip Ozobiç, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov.
Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 5.Bəxtiyar Həsənalızadə, 6. Emil Mustafayev, 13. Rahil Məmmədov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Vüsal İsgəndərli, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Məşqçi: Arif Əsədov.

Monqolustan: 1. Mönk-Erden Enktaivan, 17. Dulqun Amaraa, 3. Bayartsengel Purevdorj, 12. Munk-Orgil Orkon (k), 5. Filip Çinzoriq, 2. Uuganbat Bat-Erden, 8. Batmuk Balyinnyam, 6. Amgalanbat Batbaatar, 4. Bat-Orgil Gerelt-Od, 18. Uuganbayar Purevsuren, 9. Oyunbaatarin Mijiddorj.
Ehtiyat oyunçular: 13. Xanda Tsenquun, 22. Ariunbold Batsaikan, 7. Temulen Uuqanbat, 10. Qan-Erden Erdenebat, 11. Munk-Erden Batkyaq, 14. Munkbaatar Toqoo, 15. Kaşçuluun Naranbataar, 16. Temuulen Zayat, 19. Namsray Baatarsoqt, 20. Qantoqtok Qantuya, 21. Tsoqtbatar Batbayar, 23. Tuquldur Qantoqtok.
Baş məşqçi: İçiro Otsuka.