Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun hakim təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Turun ilk oyunu sabah “Qarabağ”la “Turan Tovuz” arasında baş tutacaq. Bu matçın baş hakimi Vüqar Həsənli olacaq.
İkinci oyun günündə keçiriləcək “Qəbələ” – “Kəpəz” matçına Rəşad Əhmədov, “Sumqayıt” – “Zirə” görüşünə isə Fərid Hacıyev təyinat alıb.
Sonuncu oyun gününə təsadüf edəcək “Səbail” – “Şamaxı” qarşılaşması İnqilab Məmmədova tapşırılıb. Turun sonuncu və mərkəzi matçı olan “Neftçi” – “Sabah” oyununda isə Kamal Umudlu söz sahibi olacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında geridə qalan 10 turdan sonra “Qarabağ” 27 xalla vahid liderdir. Ağdam təmsilçisinin ehtiyatda da bir oyunu var. Belə ki, bu komandanın məhz “Turan Tovuz”la səfər matçı avrokubok oyunlarına görə təxirə salınmışdı. “Sabah” 25 xalla ikinci, “Neftçi” isə 22 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
11-ci tur
20 oktyabr
“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Cavanşir Yusifov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Azərsun Arena”, 19:00.
22 oktyabr
“Qəbələ” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Qəbələ şəhər stadionu, 16:00.
“Sumqayıt” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Orxan Məmmədov.
“Sumqayıt Arena”, 18:30.
23 oktyabr
“Səbail” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
Bakı. “ASCO Arena”, 16:00.
“Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
Bakı. “Bakcell Arena”, 18:30.