Azərbaycan Premyer Liqasında 12-ci turun hakim təyinatları

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Turun açılış matçı bu gün “Turan Tovuz”la “Sumqayıt” arasında keçiriləcək. Tovuzda baş tutacaq bu oyunu Nicat İsmayıllı idarə edəcək.

Sabah keçiriləcək “Kəpəz” – “Səbail” matçı Elçin Məsiyevə tapşırılıb. Turun mərkəzi oyununda – “Zirə” ilə “Neftçi”nin görüşündə isə Əliyar Ağayev söz sahibi olacaq.

Sonuncu oyun günündə isə “Şamaxı” “Qarabağ”ı, “Sabah” da “Qəbələ”ni qəbul edəcək. Bu oyunlarda müvafiq olaraq Rauf Cabarov və Tural Qurbanov iş başında olacaq.

Azərbaycan Premyer Liqası
12-ci tur
28 oktyabr

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Kamran Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu. Saat 15:00.

29 oktyabr

“Kəpəz” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu. Saat 15:00.

“Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu. Saat 17:30.

30 oktyabr

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“Sabah” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Masazır. “Bank Respublika Arena”. Saat 17:30.