Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun hakim təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İlk oyun günündə baş tutacaq “Neftçi” – “Səbail” matçını Fərid Hacıyev idarə edəcək. “Şamaxı” – “Kəpəz” matçı Əliyar Ağayevə, “Qarabağ” – “Zirə” qarşılaşması isə Rauf Allahverdiyevə tapşırılıb. “Turan Tovuz”ın “Sabah”la ev oyununda Rauf Cabarov söz sahibi olacaq. “Sumqayıt” – “Qəbələ” görüşünün baş hakimi isə Elçin Məsiyev olacaq.
Azərbaycan Premyer Liqasında 14 turdan sonra “Qarabağ” vahid liderdir. “Sabah” 35 xalla ikinci, “Neftçi” 29 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
15-ci tur
27 noyabr
“Neftçi” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “Bakcell Arena”, 16:00.
28 noyabr
“Şamaxı” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
Şamaxı şəhər stadionu, 14:00.
“Qarabağ” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Bakı. “Azersun Arena”, 19:00.
29 noyabr
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. “Kapital Bank Arena”, 16:30.