Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Turun ilk və mərkəzi oyunu olan “Neftçi” – “Qarabağ” görüşü Elçin Məsiyevə tapşırılıb.
İkinci oyun günündə baş tutacaq “Qəbələ” – “Səbail” matçını Rəşad Əhmədov, “Sabah” – “Şamaxı” görüşünü isə Rəvan Həmzəzadə idarə edəcək.
Sonuncu günə təsadüf edəcək “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında Tural Qurbanov, “Zirə” – “Turan Tovuz” oyununda isə İnqilab Məmmədov söz sahibi olacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 15 turdan sonra “Qarabağ” 41 xalla vahid liderdir. İkinci pillədəki “Sabah”ın 38, üçüncü sırada qərarlaşan “Neftçi”nin isə 32 xalı var.
Azərbaycan Premyer Liqası
16-cı tur
2 dekabr
“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Bakcell Arena”, 21:00.
3 dekabr
“Qəbələ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu, 14:30.
“Sabah” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
Masazır. “Bank Respublika Arena”, 17:00.
4 dekabr
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
Gəncə şəhər stadionu, 14:30.
“Zirə”– “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.