Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri avqustun 21 və 22-də keçiriləcək.
İki gün davam edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun matçları bu gün və sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
2-ci tur
21 avqust
18:00 Qəbələ – Keşlə
Qəbələ şəhər stadionu.
20:00 Sumqayıt – Sabah
Sumqayıt şəhər stadionu
22 avqust
18:30 Zirə – Neftçi
Zirə İdman Kompleksinin stadionu.
20:30 Qarabağ – Səbail
“Azersun Arena”.