Azərbaycan Premyer Liqasında 23-cü turun hakimləri

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun bütün təyinatları bəlli oldu. Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə növbəti turun təyinatlarını təqdim edib.

Tura sabah keçiriləcək “Kəpəz” – “Şamaxı” oyunu ilə start veriləcək. Bu qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

İkinci oyun günündə baş tutacaq “Qəbələ” – “Sumqayıt” oyunu Əliyar Ağayevə, “Neftçi” – “Səbail” görüşü isə Kamranbəy Rəhimova tapşırılıb.

Sonuncu günə təsadüf edəcək “Sabah” – “Turan Tovuz” matçında Kamal Umudlu, “Zirə” – “Qarabağ” oyununda isə Tural Qurbanov söz sahibi olacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 22 turdan sonra 58 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 53 xalla ikinci, “Neftçi” isə 45 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
23-cü tur
17 fevral

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Gəncə şəhər stadionu, 14:00.

18 fevral

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu, 15:00.

“Neftçi” – “Səbail”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Bakcell Arena”, 17:30.

19 fevral

“Sabah” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bank Respublika Arena”, 16:30.

“Zirə” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.